Tibb üzrə Fəlsəfə Doktoru Həsən Əsədov haqqında:
---
1964-cü ildə anadan olmuşdur.
1985-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olmuşdur.
1990-cı ildə Tibb Universitetini qırmızı diplomla bitirmişdir.
1990-1991-ci illərdə Respublika Stomatoloji Mərkəzindən internatura keçmişdir.
1992-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitunda Lobarant, Assintent vəzifələrinə seçildim. 
2000-ci ildən Əziz Əliyev Adına Həkimləri Təkminləşdirmə İnstitunun Üz çənə cərrahiyyəsi kafedrasının dosenti olaraq çalışmaqdadır.

2001-ci ildə İstanbulda Cərrahpaşa Tibb Universitetinin Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə üzrə tibbi təcrübə programını 
keçmişdir. 10 ildən çoxdur ki, Cərrahpaşa Universitetində hər il müxtəlif təcrübə programlarında və konfranslarda iştirak etməkdədir.

2004-ci ildə Keçmiş Sovet Ölkələrində ilk dəfə olaraq Alt üst çənə Rekonstruktiv Plastik əməliyyatını aparmışdır.

2002-ci ildən günümüzədək İran, Gürcüstan, Türkiyə, Misir və sair kimi ölkələrdə Üz çənə cərrahiyyəsi mövzularında, Beynəlxalq Konfranslarda çıxışlar etmişdir.

Azərbaycan Üz çənə cərrahları cəmiyyətinin üzvüdür.
Azərbaycan Stomatoloqlar Assosasiyasının üzvüdür.

25-dən çox elmi məqalənin müəllifidir və müəllifi olduğu məqalələr müxtəlif dillərə tərcümə edilərək çap edilmişdir.