Tam yarıq, burun deşiyi , üst dodaq, yumşaq və sərt damağın tam yarığı - Əməliyyatdan əvvəl və əməliyyatdan sonra (7 yaşında əməliyyat edilib, ancaq 5 aylıq olduqda da edilə bilərdi)
Anadangəlmə yumşaq və sərt damaq yarığı. Adətən bu əməliyyat uşaqların 18 aylığına qədər edilir. Əməliyyatdan əvvəl və əməliyyatdan sonra şəkli
Dodaq və damaqda olan yarıq əməliyyatı. Adətən, 1 yaş yarımlıqda uşaq əməliyyat edilir və sonrasında danışığında heç bir qüsur olmur. Əməliyyatdan əvvəl və əməliyyatdan bir həftə sonra olan şəkillər.
İkitərəfli dodaq damaq yarığı. Bizə gələrkən düzgün olmayan dodaq əməliyyatı aparılmışdı. Xəstəni əməliyyata aldıq və uğurlu bir əməliyyat keçirdik. Şəkildə əməliyyatdan öncə və 1 ay sonraki şəkillər yer almışdır.
At dişləmədən sonra dodağın hissəvi qüsuru. Yerli toxumalarla dodağın bərpası. Əməliyyat və əməliyyatdan 7 gün sonrası çəkilən şəkilləri sizlərə təqdim edirik.
Alt dodağın törəməsi və şişi: Xərçəng önü xəstəlik. Adətən kişilərdə daha çox olur. Siqaret çəkənlərdə olur. İlkin mərhələdə müalicə edib tamamilə aradan qaldırmaq olar. Gecikmələrdə əməliyyatla müalicə edilir.
Əməliyyatdan əvvəl və əməliyyatdan 1 ay sonra. Əməliyyatdan sonra xəstənin çənəsində olan kiçicik əməliyyat yerinin izi, əməliyyatdan 3-6 ay sonra mini bir əməliyyatla xəstənin istəyi ilə tamamilə aradan qaldırıla bilər.
Çənə anomaniyaları. Ağız bağlanmaması problemi. Alt-üst çənə rekonstriktiv əməliyyatını keçmiş SSRR-də ilk dəfə biz aparmışıq. Bunlar sefonometrik rentgen üzərində hesablanır və əməliyyat ilkin olaraq gips modellər üzərində aparılır.
Əməliyyatda yuxarı çənə önə və aşağı çənə arxaya doğru çəkilib. Bu əməliyyat öncəsi də xəstə sefonometrik rentgen etdirməlidir. (ön və yandan). Əməliyyatdan öncə və əməliyyatdan 1 ay sonrakı halları şəkildə görə bilərsiniz.
Alt üst çənə rekonstruktiv əməliyyatı aparılan daha bir xəstəni bu şəkildə görə bilərsiniz. Şəkillər əməliyyatdan öncə və əməliyyatdan 1 ay sonrasında çəkilmişdir.