Alt-üst çənə plastik rekonstruktiv əməliyyatlar

Alt üst çənə plastik rekonstruktiv əməliyyatları ilk dəfə olaraq köhnə sovet birliyi dövlətləri arasında 2004-ci ildə
tərəfimizdə həyata keçirilmişdir. Bu əməliyyatların aparılması üçün xəstədən 3 əsas rentgen alınaraq edilir. Alt və üst 
çənə modelləri əsasında cərrahiyyə prosesinin aparılması mümkün olur. Panarama rentgen, yan və ön sefonometrik rentgen alındıqdan sonra, əməliyyat əvvəlcə model üzərində aparılır. Hər şey qaydasına salınır və xəstənin əməliyyata alınması və əməliyyat axışı tam olaraq yazılır və daha sonra xəstə əməliyyata hazırlanır.

Alt üst çənə rekonstruktiv cərrahiyyələrində 8-10 dəyişiklik aparmaq mümkündür. Xəstələr əməliyyat olunduqdan sonra 3 gün 
klinikada qalırlar. Və 3 gün sonra xəstə evə buraxılır. İlk bir həftəni xəstə sulu yeməklərdən istifadə edirlər. Ağızlarında əməliyyatda rezin sıxıcılar olduğundan bu belədir. Əməliyyatdan 1həftə sonra xəstə normal həyatına dönür. Əməliyyatdan 12-14 gün sonra isə xəstənin ağzındakı rezin sıxıcılar da çıxarılır və xəstə tam olaraq normal yaşamını bərpa 
etmiş olur..