Anadangəlmə, dodaq, damaq yarığı əməliyyatı

Anadangəlmə və sonradan qazanılmış dodaq damaq yarıqları, el arasında qurd ağızlıq və dovşan dodaqlıq kimi də bilinir 
bu xəstəlik. El arasında bu cür adlandırılması əslində yalnış bir anlayışdır. Anadangəlmə və sonradan qazanılmış olmaqla bu xəstəlik iki yerə bölünür. Anadangəlmə və sonradan qazanılmış dodaq yarıqları bu xəstəlik qrupunda olan bütün xəstələrin ümumi 25%-ni, təkcə damaq yarıqları digər 25%-ni təşkil edir. Qalan 50 % xəstələrdə isə həm damaq, həm də dodaq yarıqları müşahidə edilir. 

Ümumiyyətlə bu xəstəliyin əmələgəlmə səbəbini ilk pilləsində irsiyyət amili yer almaqdadır. Belə ki bu xəstəlik 
ananın və ya atanın qohumları arasında kimdəsə var olmuşdur anlamına gəlir. Daha sonra qohum evlilikləri də bu xəstəliyə 
yola açan bir səbəbdir. Növbəti bir səbəb isə ananın hamiləliyin ilk 7 həftəsində hər hansı dərman preparatlarından 
istifadəsi zamanı ola bilir. Və çox az görülən hallarda isə, 40 yaşdan yuxarı olan hamiləliklərdə də bu xəstəlik uşaqlarda 
görülə bilir. Əsas səbəblər kimi yuxarıda geyd etdiklərim hesab edilir.

Dodaq yarıqları əməliyyatlarını biz uşaqlarda 5-7 aylıq olduqda həyata keçiririk. Damaq yarıqlarını isə uşaqlar 
1 yaş - 1 yaş yarımlıq olduqu müddətlərdə həyata keçiririk. Bunun başlıca səbəbi uşaqların danışmağa başlayana qədər 
tam sağalması və danışıqda hər hansı qüsur yaratmamamısıdır.