Üz çənə nahiyyəsinin travma və zədələnmələri

Üz çənə nahiyyəsinin travma və zədələnmələri üz çənə cərrahlarının ən çox rast gəldiyi, müalicə etdiyi xəstəliklərdəndir. 
Belə ki, müxtəlif avtomobil qəzalarında, məişət travmalarından sonra, odlu silah yaralanmalarından sonra və s. alt və
üst çənədə müxtəlif sümük sınıqları yaranır. Bu xəstəliklərdə ilkin dövrdə təcili tibbi yardıma ehtiyyac vardır ki, 
qanaxmanın dayandırılması və tənəffüsün tam bərpa edilməsi təcili tibbi ilkin yardım kimi göstərilməlidir. 

Müxtəlif sınıqlar ola bilir. Tək alt çənə sınıqları, almacıq sümüyü sınıqları, alın sümüyü sınıqları, burun sümüyü sınıqları 
kimi müxtəlif cür sınıqlar ola bilir. Bu hallarda xəstənin təcili cərrahi əməliyyata götürülməsi düzgün sayılmır. 
Xəstənin kliniki vəziyyətindən asılı olaraq reanimasyon tədbirlər görülür. Müalicə edilir və daha sonra cərrahi əməliyyata 
alınaraq plastik rekonstruktiv fixə edilir və əməliyyatla sağlam forma bərpa edilir.