Diş daşı nədir? Diş daşının səbəbləri, necə təmizləməli?

Diş daşı

Dişlərimizin görüntüsü və gigiyenası həm sağlamlığımız, həm də sosial həyatımız üçün vacib faktorlar arasında yer alır. Yediyimiz qidaların, tüpürcəklərin və bakteriyaların meydana gətirdiyi təbəqənin minerallaşması ilə yaranan daşlara diş daşı deyilir. Diş daşları mütəmmadi şəkildə təmizlənməzsə, diş əti xəstəlikləri, dişin çürüməsi və ağız qoxusu kimi problemlər yarada bilər. Diş daşı təmizliyi mütləq həkim tərəfindən həyata keçirilməlidir. Mütəmmadi şəkildə dişlərin fırçalanması, diş ipindən istifadə və s. kimi fəaliyyətlər ilə diş daşının yaranması prosesinin qarşını almaq olar.

Diş Daşı Nədir?

Dişin səthində meydana gələn ərpin təmizlənməməsi nəticəsində tüpürcəkdəki minerallar bu təbəqə ilə birləşib sərtləşir. Diş səthinə yapışan bu sərt material məhz diş daşıdır. Diş daşları dişin üzərində və diş əti xəttinin düz altında yer alır. 

Ağızda yığılıb qalmış qidaların, tüpürcəklərin və bakteriyaların meydana gətirdiyi təbəqənin minerallaşması ilə ərp yaranır və təmizlənməzsə, sərtləşərək diş daşına çevrilir.

Diş daşı necə yaranır?

Diş daşı ağız içindəki təbəqənin zamanla minerallaşması nəticəsində yaranır. Diş daşının yaranma prosesi belədir:

  1. Ərp Yaranması: yediyimiz qidalar, tüpürcəklər və bakteriyalar birləşərək dişlərin üzərində yapışqan bir təbəqə meydana gətirir. Bu təbəqəyə diş ərpi deyilir. Diş ərpi şəffaf və ya sarımtıl rəngdə ola bilər. 

  2. Ərpin Minerallaşması: ərp zamanla minerallaşmağa başlayır. Tüpürcəyin içindəki minerallar (kalsium, fosfad və s) ərpdəki bakteriyalar ilə birləşir və sərtləşməyə başlayır. Bu minerallaşma prosesi diş daşını meydana gətirir. 

  3. Diş Daşının Yaranması: ərp çoxaldıqca minerallaşır və təbəqə sərtləşir. Bu sərtləşmiş təbəqə diş daşı adlanır. Diş daşları dişin üzərində və diş əti xəttinin düz altında yer alır.

Diş daşı niyə olur?

Çörək, makaron, nişastalı digər qidalar, qazlı və ya şirin içkilər, dişlərin və diş ətinin yaxşı təmizlənməməsi, gigiyenik qaydalara riayət edilməməsi dişdə və diş ətində diş daşının yaranmasına gətirib çıxarır.

Diş daşının göstəriciləri nələrdir?

Diş daşı dişlərin üzərində sarı və ya qəhvəyi ləkələrin görünməsinə səbəb ola bilər. Bu ləkələr diş minasına yapışan minerallaşmış ərpin yığılması nəticəsində yaranır. Bundan başqa diş daşı dişlərdə nahamar bir səth yarada bilər. Dişlərinizə toxunduqda və ya dilinizi onlara sürtdükdə nahamrlıq hiss edə bilərsiniz. Diş daşı diş ətinin altında toplana bilər və diş əti problemlərinə səbəb olur.. Bu vəziyyətdə diş ətlərində qızartı, şişlik və həssaslıq, qanaxma və diş ətinin çəkilməsi kimi əlamətlər meydana gələ bilər. Diş daşı ağızda bakteriyaların artmasına və ağız qoxusuna səbəb olur.

Bu göstəricilər diş daşının xəbərçisi ola bilər. Lakin daha dəqiq bir diaqnoz üşün mütləq diş həkiminə müraciət etməyiniz tövsiyə olunur. Diş həkimi dişlərinizi və diş ətinizi müayinə edib lazım gələrsə, peşəkar şəkildə diş daşı təmizliyi edəcəkdir. Mütəmmadi şəkildə ağız gigiyenasına diqqət etmək və dişləri təmizləmək ağız sağlığını qorumaq üçün çox vacibdir.

Diş daşı təmizliyi nə vaxt edilməlidir?

Diş daşı təmizliyi müəyyən aralıqlarla davamlı şəkildə edilməlidir. Ümumi olaraq diş daşı təmizliyi üçün ildə ən az bir dəfə diş həkiminə müraciət etmək tösiyə olunur. Lakin hər kəsin ağız sağlığı fərqli olduğundan bu müddət insandan insana dəyişə bilir. 

Diş həkimi müayinədən sonra sizə uyğun olan təmizlik müddətinə qərar verə bilər. Diş daşının yaranma ehtimalı daha çox olanlar və diş əti xəstəliyi riski daşıyanlar bu təmizliyi daha az intervalla həyata keçirməlidirlər. Mütəmmadi ağız gigiyenasın diqqət edənlər isə daha uzun müddətdən bir həkimə müraciət edə bilərlər. 

Həmçinin narahat hiss etdiyiniz vəziyyətlərdə də diş daşı təmizliyi etdirmək vacibdir. Məsələn diş ətində qızartı, şiş, qanaxma kimi göstəriciləri təcrübə etsəniz, diş həkiminə təmizlik üçün müraciət etməlisiniz. 

Diş daşı diş və diş sağlamlığına mənfi təsir edir, diş əti xəstəlikləri və çürümə yarada bilir. Bu səbələ tez-tez diş daşı təmizliyi etdirmək vacibdir. Diş həkimi sizə invidual olaraq ehtiyacınız olan təmizlik intervalını bildirəcəkdir.

Diş daşı təmizliyi necə edilir?

Diş daşı təmizliyi əl alətləri və ya ultrasəs cihazlarından istifadə edilərək bir neçə yolla edilir. Ultrasəs cihaz, titrəyiş və su təzyiqi diş daşını yumşaldıb diş səthindən uzaqlaşdırır. Əl alətləri isə ultrasəs cihazından sonra diş səthindəki incə daş qalıntılarını çıxarmaq üçün istifadə edilir. 

Hədiz çox yığılmış diş daşları və bunun nəticəsində yaranan diş əti xəstəliyi səbəbilə cərrahi müdaxilə edilə bilər. Diş həkiminiz vəziyyətdən asılı olaraq sizə uyğun müalicə metodunu təklif edəcəkdir. 

Diş daşı təmizliyi ağrısızdır, amma həssas diş və diş ətinə sahib olanlar azca narahatlıq hiss edə bilərlər. Diş həkiminizin tövsiyə etdiyi müddətdə diş təmizliyi etdirmək ağız sağlığınız üçün olduqca önəmlidir.

Diş daşı təmizliyi ağrılıdır?

Ümumiyyətlə bu prosedur ağrısız hesab olunur. Proses müddətində çox cüzi narahatlıq hiss edilə bilər, amma ağrı heç hiss edilmir. Ancaq həssas diş və diş ətinə sahib olanlar azca narahatlıq hiss edə bilərlər. Unutmaq olmaz ki, bu, keçicidir. Prosedur zamanı diş əti xəttinə yaxın hissələrdə titrəmə və təzyiq hiss edə bilərsiniz. Həmçinin su və hava spreyləri istifadə edildiyi üçün ağız boşluğunda quruluq və soyuqluq hiss etmək normaldır. 

Əgər prosedur müddətində anormal bir ağrı, kəskin narahatlıq hiss etsəniz, bunu həkiminizə bildirməlisiniz. Diş həkiminiz lazım olan müdaxiləni edəcəkdir.

Diş daşı təmizliyi zərərlidir?

Xeyr, diş daşı təmizliyi zərərli deyil. Əksinə bu təmizlik ağız sağlığı üçün çox vacibdir. Diş daşı yapışqan bir təbəqənin sərtləşməsi nəticəsində yaranır. Bu sərtləşmiş ərp dişin üzərində nahamar bir təbəqə meydana gətirir və diş fırçası, diş ipi ilə asanlıqla təmizləmək olmur. Diş daşı təmizliyi özəl alətlər ilə edilir. Təmizlik zamanı diş səthi və diş əti heç bir zərər görmür. Əksinə ağız sağlığınız daha da yaxşılaşır. Mütəmmadi şəkildə diş həkimini ziyarət edərək diş daşı təmizliyi etdirmək şiddətlə tövsiyə olunur.

Evdə diş daşlarını təmizləmək olarmı?

Evdə diş daşı təmizliyi üçün qaşıyıcı və diş daşı təmizləmə alətləri mövcuddur. Ancaq bu alətlərin istifadəsi ilə dişlərinizə və diş ətinizə zərər verə bilərsiniz. Həmçinin təcrübəsiz biri bu alətlər ilə diş minasına da zərər verə bilər. 

Peşəkar təmizlik diş həkiminin təcrübəsi ilə edilən prosedurdur. Diş həkimi özəl ləvazimatlar istifadə edərək diş daşını effektiv şəkildə təmizləyə bilər. Həmçinin diş həkimi təmizlikdən sonra meydana gələ biləcək həssas vəziyyətlər üçün lazımi müdaxiləni təmin edə bilir. Bu səbəblə də evdə təmizlik yerinə həkim nəzarəti altında olan peşəkar diş daşı təmizliyi məsləhətdir.

Evdə diş daşı təmizliyi üçün məsləhət

Əgər diş daşınız varsa, onu təmizləməyin ən sağlam yolu həkimə müraciət etməkdir. Evdə edə biləcəyiniz ən yaxşı müdaxilə ağız sağlığınıza diqqət etmək, dişlərinizi tez-tez təmizləməkdir. Bunun üçün diş fırçalamaq, diş ipindən istifadə, ağız yaxalayıcılar tövsiyə olunur. Mütəmmadi olaraq diş həkiminə gedib müayinədən keçmək sağlamlığınız üçün böyük addımdır.

Diş daşı təmizliyindən sonra meydana gələn boşluq normaldır?

Diş daşı təmizliyindən sonra meydana gələn boşluqlar normal deyil. Bu proses diş daşlarının təmizlənməsinə, ərpin yox edilməsini hədəfləyir. Dişin təbii formasına təsir etmir. Bu səbəblə də hər hansı bir boşluğun olması ehtimalı yoxdur. 

Ancaq bəzi vəziyyətlərdə təmizlikdən sonra dişlər arasında daha çox boşluq hiss edə bilərsiniz. Bu hal adətən dişlərin arasındakı ərp və diş daşının təmizlənməsi nəticəsində yaranır. Ərp və diş daşı bəzən dişlər arasında təması yox edir və təmizləndikdən sonra boşluq hissi yarada bilər. 

Bu halda həkiminizlə əlaqə saxlayıb məlumat vermək lazımdır. Dişləriniz arasında boşluq hissi sizi narahat edirsə, həkiminiz buna uyğun müalicəyə başlaya bilər. Bu boşluğu doldurmaq üçün fərqli prosedurlar həyata keçirə bilər. Bu səbəblə hiss etdiyiniz anormal bir vəziyyətdə mütləq həkiminizə müraciət edin.

Diş daşı təmizliyi nə qədər vaxt alır?

Diş daşı təmizliyinin müddəti bir neçə faktordan asılı olaraq dəyişə bilər. Adətən 30-60 dəqiqə kifayət edir. Bu müddət diş daşının miqdarına, yerinə və dişlərin vəziyyətinə görə dəyişir.

Diş daşı təmizlənməzsə, nə olar?

Diş daşının təmizlənməməsi ağız sağlığında problemlər yarada bilər. Qısacası aşağıdakı problemlər ilə qarşılaşa bilərsiniz:

Diş Əti Xəstəlikləri: diş daşları diş ətinin qıcıqlanmasına və iltihablanmasına səbəb ola bilər. Bu hal diş əti xəstəliklərinin başlanğıcı olan gingivit və periodontit yaranmasına gətirib çıxarır. Diş əti xəstəlikləri diş ətində qanaxma, şiş, qızartı, dişin itirilməsi kimi ciddi problemlər yaradır. 

Diş Çürükləri: diş daşları dişlərin səthində yığılmış ərpi qoruyaraq turşu hücumlarına qarşı bir qalxan yarada bilər. Bu da dişlərin çürüməsini sürətləndirir. Diş daşı təmizlənmədikdə çürümə riski artır 

Ağız Qoxusu: diş daşları bakteriyaların yığıldığı və pis qoxuya səbəb olan uçucu kükürd birləşmələrinin yaranmasıda böyük rol oynayır. Təbii olaraq bu da ağızdan pis qoxu gəlməsinə səbəb olur. 

Diş Rəngində Dəyişiklik: diş daşları diş səthində sarı və qəhvəyi tonlarda ləkələr meydana gətirə bilər. Bu ləkələr bəyaz dişlərlə sağollaşmaya gətirib çıxarır. 

Dişlərin həssaslığı: Diş daşları dişlərin üzərində bir təbəqə yaradaraq dişlərin həssaslaşmasına səbəb ola bilər. İsti, soyuq və ya şirin qidaların qəbulu sayəsində bu həssasiyyəti zamanla hiss edə bilərsiniz.

Diş daşı yenidən yarana bilər?

Diş daşı ağız içindəki təbəqənin zamanla minerallaşması nəticəsində yaranır. Diş daşı təmizləndikdən sonra ərp yığılmasının qarşısını almaq üçün tez-tez ağız gigiyenasına əməl etmək və həkim ziyarətini davam etdirmək lazımdır. Diş fırçalamaq, ağız yaxalayıcısı və diş ipindən istifadə etmək yeni ərp təbəqəsinin yaranmasının qarşısını alır. 

Qeyd edək ki, bəzi insanlarda digərlərinə nisbətdə diş daşının meydana gəlmə ehtimalı daha çoxdur. Çünki diş daşının əmələ gəlmə faktorları arasında genetik meyillilik, siqaret istifadəsi, ağız gigiyenasının kifayət qədər olmaması, yanlış diş fırçalama metodu, dişlərin arasına dolan qida qalıqları və bəzi sağlıq problemləri yer alır.

Diş daşının yaranmasının qarşısını necə ala bilərik?

Diş daşının meydana gəlməsini əngəl olmaq üçün aşağıdakıları edin:

Mütəmmadi və doğru diş fırçalamaq: dişlərinizi hər gün ən az iki dəfə doğru fırçalama metodu ilə fırçalayın. Diş fırçalamaq ərp yığıntısını azaldır və diş daşının yaranmasının qarşısını alır.

Diş ipi istifadəsi: Dişlərin arasına dolan qida qalıqlarından qurtulmaq üçün diş ipindən mütləq istifadə edin. Diş ipi ən çətin yerlərə belər rahatlıqla nüfuz edir və təmizləyir. 

Ağız yaxalayıcısından istifadə: antibakterial ağız yaxalayıcısından istifadə ağızdakı bakteriya miqdarını azaldıb diş daşı yaranma ehtimalını xeyli azaldır. 

Sağlam qidalanma: balanslı və sağlam qidalanma diş daşının yaranma ehtimalını azlada bilər. Şəkərli və nişastalı qidaların istifadəsini azaldıb daha çox lifli qidalara üstünlük verə bilərsiniz. Masələn meyvə və tərəvəz kimi.

Tez-tez dişin müayinəsi: diş həkiminizi müəyyən müddətdən bir ziyarət edin. Həkiminiz diş daşı yaranma prosesini peşəkar şəkildə izləyib lazımi müdaxiləni vaxtında edəcəkdir. 

Siqaret və alkoqolu azaltmaq: siqaret və alkoqoldan çox istifadə diş daşı yaradan əsas səbəblərdən biridir. Bu səbələ qeyd etdiyimiz vərdişlərdən uzaqlaşmaq sağlamlığınız üçün faydalıdır.

Diş daşı təmizliyindən sonra nələrə diqqət etmək lazımdır?

Diş daşı təmizliyindən sonra azca həssaslıq və ya narahatlıq hiss edə bilərsiniz. Bunun keçici olduğunu unutmayın. Əgər anormal bir ağrı və ya narahatlıq hiss etsəniz, diş həkiminizə mütləq müraciət edin. Təmizlikdən sonra asta-asta dişlərinizi fırçalamağa davam edə bilərsiniz. Diş həkiminiz hansı tip diş fırçasından istifadə etməli olduğunuz və hansı metodla fırçalamalı olduğunuz haqqında sizə məlumat verəcəkdir. Təmizlikdən sonra diş ipindən də istifadə etməyə davam edə bilərsiniz. Diş ipini dişləriniz arasında ehmalca hərəkət etdirərək qida qalıqlarından qurtula bilərsiniz. 

Təmizlikdən sonra ağızda isti və ya soyuğa qarşı həssaslıq müşahidə edə bilərsiniz. Çox soyuq və çox isti içki və ya qidalardan istifadəni azaldaraq bu həssaslığa qarşı hazırlıqlı ola bilərsiniz. 

Təmizlikdən sonra həkiminiz sizə xüsusi məsləhətlər verə bilər. Bu məsləhətləri diqqətə almağınız və onlara riayət etməyiniz tövsiyə olunur. Diş daşlarının yaranmaması üçün diş təmizləmə vədişinizi yaradın və ağız sağlığınıza diqqət edin.

Post Tags:

diş daşı, diş həkimi, stomatoloq

Dr. Cavid İxtiyarov

Ağız, diş və çənə cərrahiyyəsinin ən son metodikalarla həyata keçiririk. Məqsədimiz sizin sağlamlığınızdır.

Bizi izləyin

Sualınız var?

Qeyd edilən nömrə ilə əlaqə saxlayaraq qəbula yazıla bilərsiniz.