Ağız açarkən çırtıltı, qulaq ətrafında ağrı və səhərlər yorğun çənə — çənə-gicgah oynağı disfunksiyasının tipik mənzərəsi.
Çənə-gicgah oynağı bədənin ən aktiv oynaqlarından biridir. Danışarkən, çeynəyərkən, udqunarkən işləyir. Disfunksiya yarandıqda əlamətlər çox vaxt qulaq və ya baş ağrısı kimi qəbul edilir və düzgün ünvana müraciət gecikir.
Tipik əlamətlər
- Ağız açarkən və ya bağlayarkən çırtıltı, sürtünmə səsi
- Qulaq önündə, gicgahda və ya boyunda ağrı
- Səhər oyandıqda çənə əzələlərində yorğunluq
- Ağzın tam açılmaması, bəzən qısamüddətli kilidlənmə
- Dişlərin yeyilməsi, həssaslıq — gecə qıcamanın nəticəsi
Müalicə konservativdən başlayır
Hallarının böyük əksəriyyəti cərrahiyyəsiz idarə olunur. Fərdi hazırlanmış gecə şinası oynağa düşən yükü azaldır, əzələ gərginliyini aradan qaldırır. Buna fizioterapiya, isti kompres, yumşaq qida rejimi və stresslə iş əlavə olunur.
Yalnız bu addımlar nəticə vermədikdə oynaqdaxili inyeksiya və ya artrosentez planlanır. Cərrahi müdaxiləyə çox nadir hallarda ehtiyac yaranır.
Evdə edə biləcəyiniz addımlar
- Saqqız çeymək və sərt qidalardan bir müddət imtina edin
- Əsnəyərkən çənəni əlinizlə dəstəkləyin
- Telefonu çiyinlə qulaq arasında saxlamayın
- Gün ərzində dişlərin bir-birinə toxunmamasına diqqət edin
Saytdakı məlumatlar yalnız maarifləndirici xarakter daşıyır, həkim müayinəsini və fərdi müalicə planını əvəz etmir.