Ana səhifə/Xidmətlər/Ağız cərrahiyyəsi

Preprotetik cərrahiyyə

Protez öncəsi sümük və yumşaq toxumanın hazırlanması.

Protezin rahat oturması və ağrı yaratmaması üçün altındakı sümük və dişət səthi hamar, kifayət qədər hündür və düzgün formada olmalıdır. Preprotetik cərrahiyyə bu şəraiti yaradır.

Əhatə etdiyi müdaxilələr

Fərdi ehtiyaca uyğun olaraq aşağıdakı prosedurlar aparılır:

  • Alveol çıxıntısının hamarlanması (alveoloplastika)
  • Vestibuloplastika — protez sahəsinin dərinləşdirilməsi
  • Artıq və hərəkətli dişət toxumasının götürülməsi
  • Ekzostoz və sümük çıxıntılarının (torus) götürülməsi

Preprotetik cərrahiyyə — tez-tez verilən suallar

Protez ağrı verirsə nə etməli?
Davamlı ağrı və yara çox vaxt sümük çıxıntısı, kəskin alveol kənarı və ya artıq hərəkətli dişət toxuması ilə bağlıdır. Preprotetik cərrahiyyə bu maneələri aradan qaldırır və protezin rahat oturmasını təmin edir.
Əməliyyatdan sonra protez nə vaxt hazırlanır?
Yumşaq toxumaların formalaşması üçün adətən 3–6 həftə gözlənilir. Bu müddətdə müvəqqəti protezdən istifadə mümkündür.
Torus nədir və mütləq götürülməlidirmi?
Torus damaqda və ya alt çənənin daxili səthində sümük çıxıntısıdır. Özlüyündə təhlükəsizdir və şikayət yaratmırsa toxunulmur. Yalnız protezə mane olduqda və ya üzərindəki nazik selikli qişa təkrar zədələndikdə götürülür.

Müraciət

Bu müdaxilənin sizin halınızda göstərişi olub-olmadığını yalnız klinik müayinə və görüntüləmə nəticəsində dəqiqləşdirmək mümkündür. Sualınız varsa, (055) 556 66 66 nömrəsi ilə əlaqə saxlaya və ya WhatsApp vasitəsilə rentgen şəklinizi göndərə bilərsiniz. Qiymətin necə formalaşdığını Qiymətlər səhifəsində oxuya bilərsiniz.

Sualınıza cavab alın

Dr. Fariz MəmmədovAğız, üz və çənə cərrahiyyəsi üzrə mütəxəssis, Bakı.